2 milyard dollarlıq aktivlərinə həbs qoyulub, özü koronavirusa yoluxub… – OLİQARX ZİYANIN ACINACAQLI AQİBƏTİ

28 May, 2020, 15:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hazırda həbsdə olan və Moskvadakı məşhur “Lefortovo” təcridxanasında saxlanılan, orada koronavirusa yoluxan dağıstanlı milyarder-oliqarx Ziya Maqomedovun 2 milyard dollarlıq aktivlərinə həbs qoyulub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dövlət kontraktları zamanı mənimsəmələrdə və mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham olunan Z.Maqomedovun vəkili Viktoriya Silyurik bu haqda bildirib.

“Hazırda həbs qoyulan əmlakın, aktivlərin, bank hesablarının və üçüncü şəxslərə aid olan aktivlərin ümumi dəyəri 100 milyard rublu keçir, bu da Ziya Maqomedova qarşı irəli sürülən mənimsəmə ittihamlarında göstərilən rəqəmlərdən on dəfələrlə çoxdur. Hansı ki, o və iş üzrə adı keçənlərdən heç biri özlərini heç bir ittiham üzrə təqsirli bilmirlər”,-vəkil bildirib.

Bildirilir ki, müstəntiqlər hazırda Maqomedov qardaşlarının xarici banklardakı aktivlərini də axtarırlar. “Praktiki olaraq hər şeyə həbs qoyulub: şəxsi əmlakına, şirkətlərinin aktivlərinə, keçmiş arvadlarının əmlakına, habelə Moskvadakı evinə və mənzilinə”,-Viktoriya Silyurik deyib.

Ziya və Maqomed Maqomedov qardaşları 2018-ci ildə həbs edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93