14 yaşı var, cəmi 4 kilodur: “İnsanlar məni çox sevir” – VİDEO

7 Oktyabr, 2019, 21:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Türkiyənin Bursa şəhərində yaşayan İlker Bayrak adlı şəxsin 4 kiloqram çəkisi, 66 sm boyu var.

2005-ci ildə doğulan İlker Silver- Russell sindromu (böyümə və inkişaf geriliyi) xəstəliyindən əziyyət çəkir. O doğulduqdan sonra valideynləri tərəfindən xeyli həkimə aparılıb. Sonda İlkerdə dünyada milyonda bir görülən inkişafdan geri qalma xəstəliyinin olduğu aşkarlanıb.

İlkerin sözlərinə görə, onu ilk dəfə görənlər təəccüblənir:

"İnsanlar məni tez sevir. Müəllimlər evə gələrək mənə təhsil verirlər. Ailəmi, dostlarımı və müəllimlərimi çox sevirəm".

14 yaşlı qeyri-adi adam ən böyük xəyalının Türkiyə prezidenti Ərdoğanı və qapıcı V. Demireli görmək olduğunu bildirib.

Atasının sözlərinə görə, İlker doğularkən 850 qram ağırlığında olub və 100 gün küvəzdə saxlanılıb. Daha sonra diaqnozu bəlli olub. Türkiyədə belə doğulan sadəcə 3 uşaq var. Onlardan biri dünyasını dəyişib: "Biz bu baxımdan çox şanslıyıq. Oğlum həyatdadır və ailəmizin sevinc mənbəyidir”. \\Medicina.az

 

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93