15 rayonda 24 ədəd subartezian quyusu qazılacaq SƏRƏNCAM

8

Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.

Bu Sərəncamda göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Balakən1Sarıbulaq kəndi2631
Beyləqan1Mil qəsəbəsi2456
1Milabad qəsəbəsi2465
1Yeni Mil qəsəbəsi2313
Bərdə1Xanxanımlı kəndi398
1İkinci Nazırlı kəndi817
1Kələntərli kəndi2100
Biləsuvar1Təzəkənd kəndi1879
Cəlilabad1Üçtəpə kəndi8179
Goranboy1Xınalı kəndi1018
1Yolqulular kəndi819
Kürdəmir1Şilyan kəndi5436
Quba1Vladimirovka kəndi3230
Neftçala1Xol Qarabucaq kəndi2724
Şabran1Çölquşçu kəndi901
1Pirəmsən kəndi862
Şəmkir1Dəllər Cırdaxan kəndi3145
Tərtər1İsmayılbəyli kəndi1549
1Sarov kəndi1870
1Səhləbad kəndi2142
Ucar1Qazyan kəndi6868
Yardımlı1Mirimli kəndi1642
Zaqatala1Aşağı Tala kəndi7304
1Göyəm kəndi2374
Cəmi:242465 122