15 yaşı tamam olan yeniyetmələrə birdəfəlik yardım verilir? – NAZİRLİKDƏN AÇIQLAMA

27 Aprel, 2020, 18:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 4 xal, ortalama: 4,00
Loading...

Ölkədə karantin tədbirləri ilə əlaqədar işsiz statusu olan vətəndaşlara 190 manat birdəfəlik ödəmənin verilməsi bir çox suallar yaratdı. O cümlədən də hansı yaşda vətəndaşın birdəfəlik ödəmə almaq hüququnun olması da sual doğurur. Bu barədə  televiziyada, mətbuatda məlumatlar verilsə də, 15 yaşdan yuxarı müraciət edən vətəndaşların birdəfəlik ödəmə ala bilməməsi ilə bağlı şikayətlər  gəlməkdədir. Bir neçə valideyn var ki, övladının 16 yaşı olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən imtina cavabı gəldiyini, bu yardımı ala bilmədiklərini bildirirlər.

“Yaş səbəb deyil, orada səbəb başqadır”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Hurriyyet.org-a bildirdi ki, 16 yaşlı vətəndaş işləmirsə, qazancı yoxdursa, işsiz statusu almaq üçün müraciət edə bilər: “Çünki qanunvercilikdə 15 yaşdan yuxarı şəxs əmək qabiliyyətli şəxs hesab edilir. Amma 16 yaşlı uşağa da haqlı olaraq imtina verilə bilər. Səbəblərinə baxmaq lazımdır, yaş səbəb deyil, orada səbəb başqadır, ya əmlakı, əmək müqaviləsi, ya vöeni var, yaxud tələbədir”.

 Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93