Salam, xoş gəlmisiniz.

1 milyonu mənimsəyib, gecə klubunda dağıtdı – Bakıda generalın 22 yaşlı qohumunun şok dələduzluğu

2020-02-04 14:45:00

1 milyonu mənimsəyib, gecə klubunda dağıtdı – Bakıda generalın 22 yaşlı qohumunun şok dələduzluğu

Bakıda 22 yaşlı gənc 11 nəfərin ümumilikdə 1.3 milyon manat pulunu mənimsəyib. Bu barədə zərərçəkmişlərdən birinin yaxını “AzPolitika”ya danışıb.

22 yaşlı Sabir Azərbaycan hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan generalın eyni soyadlı çox yaxın qohumudur. Əmisi isə uzun illərdən bəri ölkənin əsas giriş qapılarından birində gömrük inspektoru vəzifəsində işləyir. Məlumata görə, məhz bu qohumluqlara görə ətrafının etibarından sui-istifadə edən Sabir onlara qarşı dələduzluq edib, külli miqdarda pullarını mənimsəyib.

Mənbə bildirir ki, hörmətli generalın qohumu olan bu gənc ölkəyə qaçaq yolla bahalı telefonlar gətirilməsi işi ilə məşğul olub. Bu qanunsuz biznesdə ona gömrük inspektoru olan əmisi yaxından köməklik göstərib. Sabir yaxın ətrafını, dost-tanışını inandırıb ki, əmisinin köməkliyi ilə, yük maşınlarında gizlədilməklə, Azərbaycana bahalı telefonlar daşıyır, gömrük rüsumu ödəmədiyindən çox yaxşı qazanc götürür. Bildirib ki, əlində güclü sərmayə olarsa, biznesi genişləndirə və qazancını daha da artıra bilər. Bu vədlə dost-tanışlarına şəriklik vəd edən general qohumu bir müddət real iş də nümayiş etdirib. Həqiqətən də əmisinin köməkliyi ilə ölkəyə qaçaq telefon daşıyıb, qazancdan pul aldığı adamlara pay da verib. Lakin 4-5 gün əvvəl “şəriklərinə” elan edib ki, pulu batırıb. Ancaq 1.3 milyon manatı necə batırdığını izah edə bilməyib. Həqiqət kiçik araşdırmadan sonra üzə çıxıb. Məlum olub ki, Sabir iş görmək adı ilə topladığı pulu Bakının bahalı əyləncə məkanlarında böyük səxavətlə xərcləyib, necə deyərlər, axırına daş atıb.

İş bu yerə çatanda əmisi də “mənlik deyil”, deyə yaxasını kənara çəkib, zərərçəkənlərin pulunu geri qaytarmaqdan imtina edib. General qohumun mövqeyi isə hələ məlum deyil.

Zərərçəkənlər bildirir ki, elə bu gün üzləşdikləri dələduzluqla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər./“AzPolitika”/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93