2020-ci ildə dünyada hər 1000 nəfərdən 1-i aclıqdan ölüb

3
BMT 2020-ci ildə dünyada aclıqdan ölənlərin sayını açıqlayıb. Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizlinin hesabatında təxmini rəqəm səsləndirilib. Bizimyol.info xəbər verir ki, 2020-ci ildə dünyada hər 1000 nəfərdən 1-i məhz aclıq üzündən həyatını itirib. Bizli 7 milyondan çox insanın məhz bu səbəbdən öldüyünü bildirib.

Dünya Ərzaq Proqramının icraçı direktoru BMT qarşısındakı öhdəliklərdən danışıb. Onun sözlərinə görə qarşıdakı 6 ay ərzində azı 6.8 milyard dollar vəsait toplanmalıdır.

İyulda açıqlanan rəqəmlər də nikbinliyə əsas vermirdi. Onda pandemiyanın ümumi vəziyyəti xeyli ağırlaşdırdığı üzə çıxmışdı. Məlum olmuşdu ki, hər ay dünyada 10 mindən çox uşaq aclıqdan həyatını itirir. Nümunə kimi Burkina-Fasonun adı çəkilmişdi. Afrika ölkəsində hər 5-ci uşaq doyunca qidalanmır. Burkina-Fasoda ərzaq qiymətləri xeyli yüksəlib. Ölkə əhalisinin 60 faizi qida çatışmazlığından əziyyət çəkir.