22-ci polis bölməsinin əməkdaşı xidməti silahını yerə saldı – QIZLARA QARŞI EDİLƏN POLİS ZORAKILIĞININ TƏFƏRRÜATLARI

30 İyul, 2020, 15:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

Belə ki, 27 İyul tarixində Hurriyet.org-da Nəsimi rayonu 22-ci polis bölməsinin qarşısında insident yaşandığı barədə informasiya yayımlanıb. Belə ki, baş vermiş hadisə də S. Məstanova və bacısı K. Məstanova Füzuli küçəsində yerləşən Kapital bankın qarşısında gedərkən, Nəsimi rayonu 22-ci polis bölməsinin əməkdaşlarının zorakılığına məruz qalıblar. Hətta, ərazidəki insanlar buna mane olmaq istəsə də, buna baxmayaraq, polislər zorakılıqlarını davam etdirib. Zorakılığa irad bildirən ərazidəki bir nəfərə də zorakılıq göstərilərək, polis bölməsinə aparılıb. Polislər, bu şəxslərin icazəsinin olmadığını əsas gətiriblər. Lakin, zorakılığa məruz qalmış qızların atası Oktay Məstənov qızlarından birinin icazəsinin olduğunu, digərinin isə icazəsinin olmadığına görə, cərimə yazılmasını istəsə da, polis zorakılığı ilə üzləşib. Bir nüansı da diqqətinizə çatdıraq ki, hadisə baş verən an polis əməkdaşlarından biri silahını və saatını yerə düşürərək ərazidən uzaqlaşmaq istədik də, icazəsi olan K.Məstanova bunu dərhal görüb. Əyilərək, maşının altından silahı götürüb və sükan arxasında olan polisə təqdim edib. Buna baxmayaraq, bacısıyla bərabər, onu da bacısı kimi zorla maşına əyləşdirirlər. Axı, onun icazəsi var idi…Nəsimi rayon məhkəməsinin hakimi Rəşid Səmədov da qızın üzündə ki, zorakılıq izlərini görməzdən gəldi.

Polis zorakılığına məruz qalan qızların atası Oktay Məstanov baş verən hadisəni Hurriyyet.org-a danışıb. 29 il çevik polis alayının əməkdaşı olan Oktay Məstanov ilk dəfədir ki, belə polis zorakılığı ilə qarşılaşdığını deyir:

 -Oktay bəy, hadisə necə baş verib?

-Qızlarımın sözlərinə görə, hadisə 27 iyulda axşam saat 16:00 radələrində Füzuli küçəsində yerləşən Kapital bankın qarşısında baş verib. Övladlarım polislərin yanından keçəndən sonra, polis əməkdaşı arxadan çağırıb ki, icazə kağızını göstərin. Bir qızım səsi eşidib, digər qızım eşitməyib və qabaqda gedib. Qızlarımdan biri deyib ki, icazə kağızım var, amma qabaqda gedən mənim bacımdır, amma onun icazə kağızı yoxdur. Daha sonra, polis əməkdaşı səs-küy salaraq, bacımın arxasıyca getdi. Həmin polis əməkdaşı  zəng edərək, digər polis əməkdaşlarını əraziyə çağırdı. Beş polis əməkdaşı maşından düşərək, qızımın əl-qolunu buraraq, maşına mindiriblər. Halbuki, qızıma icazəsi olmadığına görə, cərimə yaza bilərdilər. Lakin zorakılıq göstərərək, iki hündür polis nəfəri onu maşına mindiriblər.

-Deyirsiniz ki, qızlarınıza zorakılıq göstərilib. Zorakılıq göstərən polis əməkdaşlarını tanıyrsızmı?

-İcazəsi olan qızım zorakılığa mane olmaq istəsə də ona da zorakılıq göstəriblər. İki hündür polis nəfəri, biri qarayanız, bir isə yaşıl gözlü əməkdaşı qızıma daha çox zorakılıq göstəriblər. Qızım niyə belə etdiyini soruşdduqdan sonra, insanların içində döyməyə davam ediblər. Həmin an ərazidə qızlarımın tanış olan bir oğlan polislərdən belə etməməklərini istəsə də, ona da məhəl qoyulmayaraq, döyməyə davam ediblər. Həmin oğlan da zorla patrul maşınına mindirilib və ona da maşında zorakılıq göstərilib. Qızımı maşının arxa hissəsində olan kameraya salıblar. Oğlanı isə, arxa oturacaq da əyləşdirərək ərazidən uzaqlaşıblar. Digər tərəfdən, polis əməkdaşlarından birinin silahı və saatı maşının altına düşüb (silahının yerə düşməsindən polis xəbərsiz olub). Dərhal icazəsi olan qızım silahı və saatı yerdən götürərək, sürücü polis nəfərinə təqdim etdim. İki polis əməkdaşı maşından düşüb mənə tərəf gəldilər. Maşın isə, qızımı və oğlanı bölməyə apararaq, ərazidən uzaqlaşdı. İcazəsi olan qızım niyə onu tutduqlarını soruşsa da, ona da zorakılıq göstərilərək, maşına mindirilib. Qızımın sumkasını dartıb cırıblar və qoluna da xəsarətlər yetiriblər. İcazəsi olan qızım da məcburi şəkildə maşına mindirilib. Yolda maşında gedən də isə, oğlan niyə belə etmələrini soruşduq da, yenidən onu maşında döyməyə davam ediblər.  Bundan sonra, zorakılığa dözməyən oğlan özünü maşından yerə atıb. Həmin anı polislərin özü də təsdiq edir. Oğlanın rahat özünü yerə atmasına səbəb də, onun lap kənarda əyləşdirilməsdir. Şöbəyə çatanda da döyə-döyə qəbul otağına aparıblar. Üçünü də qəbul şöbəsinə aparan da, orda da vəhşicəsinə və təhqir edilərək döyülüblər. Otağda da heç bir kamera yerləşdirilməyib.

-Siz, polis bölməsinə gedən zaman, qızınızın üzündə xəsarət izlərini gördünüzmü?

-Bəli, səhərisi gün polis bölməsinə gedən də həmin otaqda qan ləkələri var idi. Qan izlərini silməyə çalışmışdılar. Silmələrinə baxmayaraq, yerdə qan izləri müşahidə olunurdu. Növbətçi polisdən bu otağa üç nəfər gətiriləndən sonra, başqa bir şəxsin salınıb-salınmadığını soruşdum.  O, yox deyə bildirdi. Bu da təsdiq edir ki, həmin qan izləri mənim qızıma aiddir. Qızımı yalnız məhkəmədə üstü qan içində gördük.  Üzündə şişlər əmələ gəlmişdi. Üstəlik də, arxa dişləri yerindən qopmuşdu. İcazəsi olan qızım bildirdi ki, mən hələ sizə yaxşılıq edib, tapançanı yerdən götürüb sizə təqdim etdim. Mən də görməsəydim, maşını sürüb gedəcəkdiz. Və həmin polis əməkdaşı da bunu heç kimə deməməyi qızımdan xahiş edib. Çünki, silahı itirməyə görə həbs cəzası verilir. Qızımı döyən polis əməkdaşları məhkəməyə gəlməmişdi. Onların yerinə başqa polis nəfərlərini şahid kimi gətirmişdilər.  Əsas da, zorakılıq göstərən həmin iki polis nəfəri ümumiyyətlə məhkəmə zalında iştirak etməyib. İcazəsi olan qızımı qanunsuz olaraq, bölmədə saxlayıblar. Polis müvəkkili qızımı gecə saat 1-də evə gətirib.

-Məhkəmə zalında sizin iştirakınız təmin edildimi?

-Məhkəmə zalına məni də buraxmırdılar. Xahiş etdikdən sonra buraxdılar.  Məhkəməyə şahid qismində gətirilən polis nəfərləri, orda iştirak edən polis nəfərlərindən qızlardan hansı olduğunu soruşur. Görün nə qədər düşüncəsizdirlər. Hadisə olandan sonra, həmin polis əməkdaşları evə göndəriblər ki, bir müddət işə çıxmasınlar. Məqsədləri işi ört-basdır etməkdir.  Bölmə rəisi də həmin polislərin onların işçiləri olmadığını qeyd edir. Polisin göndərdiyi protokolda 211 və 535-ci maddələr qeyd olunub. Yəni, qaydaları pozma və tabesizlik maddələri ilə iş açıblar.

-Bəs hakim qızınızın üzündə zorakılıq əlamətlərinə hər hansısa bir qiymət vermədimi?

-Polis nəfərləri danışanda, heç bir zorakılıq göstərmədiklərini bildirdilər. Amma, hakim qızımın üzündə olan real mənzərini görmək istəmirdi sanki…Qızım danışan da bildirdi ki, tibb işçisidir və icazə lazım olduğunu bilmədiyini hakimə danışdı. Hər halda 22-ci polis bölməsi, polis əməkdaşlarının etdikləri zorakılığı gizlətməyə çalışır. Hakim qızıma 10 sutka həbs cəzası verdi. Çünki, 10 günə qızımın üzündəki zorakılıq izləri yox olacaq və bununla da məsələ ört-basdır ediləcəkdir.

-Baş vermiş hadisəylə bağlı rəsmi qurumlara müraciət etmsizmi?

-Mən, ölkə başçısı Prezident İlham Əliyevdən, Vitse-prezident Mehriban xanım Əliyeyevadan və Daxili İşlər Naziri Vilayət Eyvazovdan, qızlarıma qarşı törədilən polis zorakılığının araşdırılmasını istəyirəm. Hər halda, mənim qızlarım azərbaycanlıdır. Məsələnin tam araşıdırılıb və həmin polis əməkdaşlarının işdən azad olunub məsuliyyətə cəlb olunmasını xahiş edirəm. Polislərin etdiləri sadecə olaraq, Daxili İşlər Nazirliyini və dövlətimizi nüfuzdan salamağa yönəlib. Bunlar belə etməklə sadecə, düşmənləri bizi güldürürlər. Xocalı faciəsində ana-bacılarımıza ermənilər tərəfindən edilən zorakılıqarı unutmayaq. Biz ki, erməni deyilik…

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93