Azərbaycan Gürcüstanın Dmanisi rayonuna ərzaq yardımı etdi

5 May, 2020, 16:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, ərzaq bağlamaları Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşviliyə təqdim olunub.

Rayon rəhbəri və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili sosial aksiyaya görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.

Qeyd edək ki, bundan öncə Azərbaycan səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin maliyyə dəstəyi ilə Gürcüstanın bir sıra bölgələrinə 1 300 sosial təminatsız ailə üçün nəzərdə tutulan ərzaq yardımı təqdim olunub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93