İran sərhədlərini açır

7 May, 2020, 10:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Koronavirus pandemiyasına qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində bütün ölkələr kimi sərhədlərini bağlayan İran bu qaydanı yumşaltmağa başlayıb.

Rəsmi Tehran İraqla ticarətin bərpası üçün Zurbatiyah sərhəd qapısını həftədə 2 dəfə ticarət keçidləri üçün açmaq haqqında qərar qəbul edib.

İraq Sərhəd Qapıları İdarəsinin rəhbəri Ömər əl-Vaili yazılı açıqlamasında bu gün 250 yük avtomobilinin keçidinə icazə veriləcəyini qeyd edib. Bu avtomobillər İraqa ərzaq və kənd təsərrüfatı məhsulları daşıyacaq.

Qeyd edək ki, İranla İraq arasında bütün sərhəd qapıları 8 mart tarixində bağlanmışdı.

Xatırladaq ki, İranda bu günə qədər 101 min 650 yeni yoluxma, 6 min 418 ölüm qeydə alınıb. İraqda isə 2 min 40 yoluxma, 102 ölüm olub./publika.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93