İtkin düşən neftçilərin cəsədləri bu vəziyyətdə tapılıb – FOTO

9 May, 2020, 16:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Xəbər verdiyimiz kimi, 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən bildirir ki, bunlar 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.

SOCAR-dan verilən məlumatda neftçilərin şəxsiyyətini təsdiq edən sənədlərin cəsədlərin üzərində olduğu bildirilmişdi:

“Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər  bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib”.

Həmin neftçilərin cəsədlərinin necə tapıldığını əks etdirən fotoları təqdim edirik:


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93