Bakıda Sobsan boya fabrikinə məxsus sexdə yanğın davam edir – FOTO – VİDEO

2

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.\\APA

 

***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

FHN-dən faktı təsdiqləyiblər.

Əlavə məlumat veriləcək. \\APA