Salam, xoş gəlmisiniz.

29 ildir bağlı qalan sərhəd açılır - Müharibədən sonra İLK DƏFƏ

2019-07-17 13:58:38

29 ildir bağlı qalan sərhəd açılır - Müharibədən sonra İLK DƏFƏ

İraq ilə Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd qapısı olan "Ar Ar" 29 il sonra istifadəyə açıqlacaq.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Bağdaddakı səfiri Əbdüləziz Əş-şəməri "Əl-Ərəbiə" telekanalına açıqlamasında deyib.

Səfir bildirib ki, sərhəd qapısı 15 oktyabrda rəsmi şəkildə istifadəyə veriləcək. Başda Həcc ziyarəti olmaqla, ildə 600 minə yaxın iraqlı bu qapıdan istifadə edərək Səudiyyə Ərəbistanına gedəcək.

Qeyd edək ki, "Ar Ar" sərhəd qapısı Səudiyyə Ərəbistanı ilə İraq arasındakı 812 kilometrik sərhəd xətti üzərində yeganə keçid qapısıdır. İraqın 1990-cı ildə Küveyti işğal etməsindən sonra Ər-Riyad Bağdadla bütün diplomatik münasibətlərini kəsmiş, sərhəd qapısını bağlamışdı. İŞİD terror təşkilatının aradan qaldırılmasından sonra İraq qonşu ölkələrlə ortaq maraqlar prinsipi üzərində münasibətlərini düzəltmək istədiyini açıqlamışdı.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru