Salam, xoş gəlmisiniz.

2 ay internet və mobil rabitə pulsuz olacaq….

2020-03-26 21:50:00

2 ay internet və mobil rabitə pulsuz olacaq….

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində əhalini evdə saxlamaq üçün yeni qərar verilib.

Belə ki, 2 ay müddətində internet və mobil rabitənin pulsuz olması nəzərdə tutulur. Hətta abonentlərin borcu olduğu təqdirdə belə, bu iki xidmətin dayandırılması qadağandır. Qərar 23 martda qüvvəyə minib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu, bütün operator və provayderlərə şamil ediləcək.

Hazırda Özbəkistanda Beeline, Ucell, Perfectum, Uzmobile, UM mobil operatorları, Comnet, Evo, Sarkor Telecom, Turon Telecom, Uzonline və s. internet provayderləri xidmət göstərir.

Bundan əvvəl bəzi operatorlar xidmətlərində güzəştlər təklif etsələr də, yeni qayda artıq bütün mobil və internet provayderlərini əhatə edəcək. \\cebhe.info

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93