“3 saylı poçt filialının rəisi Emin Kərimli bizi intihar həddinə çatdırıb” – 132 SAYLI POÇT ŞÖBƏSİNİN KOLLEKTİVİ: “O, deyir ki, heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”

31 İyul, 2020, 12:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 4,00
Loading...

“3 saylı poçt filialının rəisi Emin Kərimli bildirir ki, heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var”. Bunu Hurriyyet.org-a 132 saylı poçt şöbəsinin kollektivi bildirib. Onlar 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qaldıqlarını qeyd edir:

“132 saylı poçt şöbəsi kollektivi olaraq, pandemiyanın ən ağır günlərində səhər saat 08.30-dan axşam saat 20.00-a qədər xaqlımızın xidmətində durmuşuq və layiqincə xidmət göstərmişik. Bu ağır günlərdə bir gün də olsa istirahət etməmişik.  Buna baxmayaraq, 3 saylı poçt filialının rəisi Emin Kərimlinin əsaslı və əsassız yoxlamalarına, təhqirlərinə, şantajlarına və qərəzli təqdimatlarına məruz qalmışıq. Buna səbəb, onun tələb etdiyi rüşvəti verməməyimizdir. O, hər dəfə bizə hədə-qorxu gəlir və bildirir ki, heç kimdən qorxmuram, arxamda dayanan oğlanlar var. Bizi intihar həddinə çatdırıb.

3 saylı poçt filialının rəisi Emin Kərimli Razin qəsəbəsində 40 nömrəli, Yeni Günəşli qəsəbəsində 133 nömrəli və Qara Qarayevdə 2 nömrəli filialları şəxsi məqsədləri üçün icazrəyə vermişdir. Həmin obyektlər ofis, idman zalı və kompyuet satılan mərkəz kimi istifadədir. Bu, hələ bildiklərimizdir. Biz, kollektiv olaraq, sizdən xahiş edirik ki, məsələylə bağlı köməklik göstərəsiniz.

Onu da qeyd edirik ki, 30.07.2020 tarixdə 3 saylı poçt filialında və tabeli poçt şöbələrində Emin Kərimlinin qeyri-qanuni əməlləri barədə Hurriyyet.org-a verdiyimiz ərizələri təsdiq edirik. Belə ki, digər şöbələrdə kifayət qədər nöqsan və çatışmamazlıq, həmçinin maliyyə pozuntuları olmasına baxmayaraq, Emin Kərimli qərəzli şəkildə bizə qarşı əsassız ittihamlarla qeyri-qanuni tədbirlər gördürür. Bununla bağlı, əlimizdə kifayət qədər fakt və sübutlar olmasına baxmayaraq, müxtəlif ali hakimiyyət orqanlarına göndərdiyimiz şikayət ərizələrinin qarşısını almaq üçün, Emin Kərimli daha da qərəzini artırmışdır. Belə ki, eyni xarakterli nöqsanlar poçt filialının bütün şöbələrində baş verməsinə baxmayaraq, yalnız 132 saylı poçt şöbəsinin işçilərinin işdən çıxarılması barədə həmkarların saxta protoklunu tərtib etdirmişdir”.

Hurriyyet.org-a müraciət edilən şikayətlə bağlı qarşı tərflə əlaqə saxladıq. 3 saylı poçt filialının rəisi Emin Kərimli 132 saylı poçt şöbəsində əsaslı problemlərin və yeyintilərin olduğunu bildirib. O, bununla bağlı rəhbərlik səviyyəsində məsələ qaldırıldığını deyib:

“Həmin şöbədə əsaslı problemlər var. Həmin əsaslı problemlərlə bağlı hadisələri qabaqlamaq istəyirlər. Amma, onların da buna gücləri çatan deyil. Onların təsdiq olunmuş yeyintiləri var. Heç kim məni şantaj yolu ilə bundan çəkindirə bilməz. Mən bununla bağlı rəhbərlik səviyyəsində təqdimata qoymuşam. Hər kəs əməlinə cavab verəcək. Buna əmin olsunlar. Orda iki işçi ştatıyla işdən getmlidir, bir nəfərə də xəbərdarlıq edilibdir. Ümumiyyətlə, o şöbədə əsaslı problemlər var. Mən onların dediklərini qəbul etmirəm, eləmək niyyətim də yoxdur. Hazırda yoxlamalar gedir”.

Sözügedən məsələylə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi və nazirliyin tabeçiliyində olan “Azərpoçt” MMC ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verilmədi.

 Hurriyyet.org

Redaksiyadan: Hər halda Hurriyyet.org olaraq qarşı tərəfləri dinlədik. Rəsmi qurumlardan məsələyə obyektiv yanaşmaqlarını gözləyirik.

Mövzunu davam etdirəcəyik.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93