Salam, xoş gəlmisiniz.

37 MİLYON FRANSIZ MAKRONA QARŞI

2019-04-15 11:24:39

37 MİLYON FRANSIZ MAKRONA QARŞI

Hurriyyet.org xəbər verir ki, sarı jiletlilərin 5 ay davam edən etiraz nümayişləri Fransa prezidentinin – qondarma “erməni soyqırımı” şantajı ilə Türkiyəyə təzyiq göstərmək istəyən və Venesuelanın qanuni prezidenti N.Maduronu istefa verməyə çağıran Emmanuel Makronun kreslosunu laxlatmaq üzrədir. Aparılan axırıncı rəy sorğularına görə, 37 milyon nəfər fransız sarı jiletliləri dəstəkləyir və Fransanı demokratiyanın düşməni hesab edir. Əhalinin böyük əksəriyyəti ölkənin gələcəyindən nigaran olduğunu bildirir. Makronun Fransa polisinə nümayişçilərə qarşı həqiqi güllədən istifadə eləməyə icazə verməsi isə Fransanın həm iqtisadi, həm də sosial çöküşünü pərdələmək üçün görülən ümidsiz bir tədbir kimi qiymətləndirilir. Digər tərəfdən isə, Makronun Fransada erməni lobbisinin dəstəyini qazanmaq üçün Türkiyəni qondarma “erməni soyqırımı” ilə ittiham eləməyə çalışması da populist yaxınlaşma kimi qiymətləndirilir.

22-ci həftədir ki, davam edən nümayişlərdə bazar günü 80 min insan küçələrə axışıb.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru