44 yaşlı kişi özünü yandırdı – Azərbaycanda DƏHŞƏTLİ İNTİHAR

2

Cəlilabadda 44 yaşlı kişi özünü yandıraraq intihar edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini 1976-cı il təvəllüdlü Həsənov Vüqar Azadxan oğlu intihar məqsədi ilə üstünə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri ilə Bakı Şəhəri 5 saylı şəhər xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.