Salam, xoş gəlmisiniz.

4 yaşlı uşaq “Hörümçək adam” kostyumunda 8-ci mərtəbədən yerə atılıb

2019-05-15 10:08:35

4 yaşlı uşaq “Hörümçək adam” kostyumunda 8-ci mərtəbədən yerə atılıb

Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” geyimində özünü 8-ci mərtəbədən yerə atıb və sağ qalıb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, bu barədə "Грузия Online" portalı məlumat yayıb.

Bildirilir ki, uşaq evdə nənəsi ilə birgə olub. Qadın uşağın otaqda oynadığını düşünsə də, bir qədər sonra qonşular hadisə barədə xəbəri çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq bu yolla sevimli qəhrəmanını təkrarlamaq istəyib. O, ağır travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini kafi hesab edir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru