Salam, xoş gəlmisiniz.

5 yaşlı uşaq meşədə itkin düşdü

2017-08-29 17:43:58

5 yaşlı uşaq meşədə itkin düşdü

Uşağın atası Namiq Əliyev bildirib ki, oğlu avqustun 28-də, təxminən 17.00 radələrində itkin düşüb. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.

Hazırda axtarışlar davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Qubada azyaşlının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.
Hurriyyet.org-un nazirliyin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək.
***
Quba rayonunda 5 yaşlı oğlan itkin düşüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Əliyev Natiq Namiq oğlu ötən gün axşam saatlarında rayonun Əski İqrıq kəndi ərazisində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itib. Azyaşlını tapmaq mümkün olmayıb.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, axtarışlar davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin əməkdaşları da cəlb olunub.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93