Salam, xoş gəlmisiniz.

51 il sönməyən “Dan ulduzu”

2017-04-19 18:15:50

51 il sönməyən “Dan ulduzu”

Dünən Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “DAN ULDUZU” instrumental ansamblının konserti keçirilib.

Qeyd edək ki, “Dan Ulduzu“ ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb.

Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada konsertlər verən “Dan ulduzu“ yarandığı vaxtdan bu günədək bir çox tanınmış müğənnilərin -  Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadiyev, Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa məşhur ifaçıları tanıdıb və sevdirib. Eləcə də bölgələrdə oхuyan istedadlı müğənnilər Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya gəlib tanınmasında bu ansamblın və onun rəhbəri Gülarə Əliyevanın böyük rolu olub.

Ansambl indi də bir çox istedadlı sənətkarları bir araya toplayıb. Sözügedən konsertdə bir sıra tanınmış sənətkarlar- Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, Zakir Əliyev, Rəşad İlyasov, müğənnilər Əli Mirəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nigar Şabanova, Zabitə Alıyeva, Arzu Əliyeva, Rövşən Əziz, Vüsalə Əsgərova, Emiliya Yaqubova, Səbinə Ərəbli və başqaları iştirak ediblər. Konsertin bədii rəhbəri Əməkdar artist Tariyel Abbasov  olub.

Altunay, Hurriyyet.org

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93