Salam, xoş gəlmisiniz.

“5 manata nehrə yağı olmur” - Qoşqar Təhməzli

2019-07-09 18:31:05

“5 manata nehrə yağı olmur” - Qoşqar Təhməzli

“Cənub bölgəsində 6 süd emalı müəssisəsinin məhsulları ilə bağlı aparılmış laborator analizin nəticələri artıq bəllidir. Azərbaycanın müxtəlif regionlarında nehrə yağı adı altında satışına verilən yağın tərkibində müxtəlif qarışıqlıqlar və insan orqanizmi üçün təhlükəli maddələr aşkar olunub”.

Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, nehrə yağını 5 manata satırlar ki, bu qiymətə nehrə yağı olmur: “Onlara sahibkarlıq strukturu demirəm, onlar cinayətkar və dələduzdurlar. Həmin sexlərin yanında yaşayan əhalidə trans yağların nehrə yağı adı altında satılması barədə məlumatlar olsa da, bizə və hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermirlər. Ona görə ictimai nəzarət də olmalıdır”.

Q. Təhməzli palma yağları ilə bağlı narahatlığa da münasibət bildirib. O qeyd edib ki, məhsulun tərkibində palma yağının olması önəmli deyil, orada trans yağın miqdarının nə qədər olması vacibdir.

AQTA sədri son günlərdə fəaliyyəti məhdudlaşdırılan bir sıra sexlər barədə də danışıb. O bildirib ki, fotolardan da həmin sexlərin nə qədər acınacaqlı vəziyyətdə olduğu görünür: “Məsələn, toyuğun üzərinə ayaqqabı boyası sürtüb, kənd çolpası adı altında satılması cinayət faktıdır. Bununla hüquq-mühafizə orqanları məşğul olur. Bunlar kifayət qədər insan sağlamlığı üçün zərərli olan faktlardır. Ancaq sanitar-gigiyenik və sanitar-texniki pozuntular müşayiət olunan hər hansı bir istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıbsa, onlar standartlar bərpa olunandan sonra bizə müraciət edəcəklər və fəaliyyətləri yenidən bərpa olunacaq”./apa/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru