5 nəfərin öldüyü yanğının şahidi: “Uşaqların səsi gəlirdi” - VİDEO

5 nəfərin öldüyü yanğının şahidi: “Uşaqların səsi gəlirdi” - VİDEO

Bu gecə saat 02:00 radələrində Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb.

Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, yanğından sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Baxış zamanı otaqdan evin gəlini, Daşkəsən sakini, 28 yaşlı Sevinc Tağıyevanın, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq Tağıyevin, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub.