5 qat olimpiya çempionu həmcinsi ilə evlənir - FOTO

5 qat olimpiya çempionu həmcinsi ilə evlənir - FOTO

Konkisürmə üzrə beşqat Olimpiya çempionu İren Vyust həmcinsi ilə evlənir.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, 33 yaşlı hollandiyalı komanda yoldaşı Letisiya de Yonqla ailə həyatı qurur.

Bunu xanım idmançı "insteqram" səhifəsində açıqlayıb: "Xoşbəxtlikdən o "hə" dedi. Biz evlənirik".
Qeyd edək ki, İ. Vyust Olimpiya Oyunlarında 5 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıbsa, onun gələcək həyat yoldaşı komanda yarışlarında dünya çempionu olub.