5 yeni "ASAN xidmət" MƏRKƏZİ AÇILACAQ

19 Sentyabr, 2019, 18:39
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

2019-cu ilin sonuna qədər Azərbaycanda beş yeni "ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beş yeni analoji mərkəz açılacaq.

Bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

O bildirib ki, ümumilikdə respublika üzrə "ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq:

"Hazırda respunlika üzrə 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki "ASAN kommunal xidmət” mərkəzi, bir "ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. "ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”. \\Oxu.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93