Salam, xoş gəlmisiniz.

60 manat cəriməsi var - Sürücülər bu tora düşə bilər \ VİDEO

2018-10-09 20:34:03

60 manat cəriməsi var - Sürücülər bu tora düşə bilər \ VİDEO

Paytaxt yollarında nəqliyyatın sıxlığını minimuma endirmək üçünsarı kəsişmə torlarınınçəkilməsinə başlanılıb. Bunun üçün ilk olaraq Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsi seçilib.

Paytaxt yollarında yeni yol nişanlanma xətlərinin çəkilməsinə başlanıldı. Söhbət tıxac yaranan yolayrıclarına girişi qadağan edən sarı rəngli kəsişmə torlarından gedir.

Layihə ilkin olaraq Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyinin mütəxəsislərinin apardıqları araşdırmaya görə, ən çox sıxlıq məhz həmin ərazidə yaşanır. Ona görə də ilkin olaraq layihəyə məhz bu kəsişmədə start verilib.

Ancaq sürücülərin yeni nişanların tətbiqi ilə bağlı fikirləri birmənalı deyil. Əksər sürücülər isə yerə çəkilən nişandan ümumiyyətlə məlumatsızdırlar.

Sonrakı mərhələdə belə torlar paytaxtda tıxac və sıxlığın müşahidə edildiyi 74 yol kəsişməsində də təşkil olunacaq.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93