Salam, xoş gəlmisiniz.

6 uşaq anası su anbarında boğuldu - Astarada FAİCƏ

2019-07-16 14:32:12

6 uşaq anası su anbarında boğuldu - Astarada FAİCƏ

Astara rayonunda 48 yaşlı qadın su anbarında boğulub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında qeydə alınıb.

Belə ki, rayonun Dürriyə kənd sakini Ağabacı Canhəsən qızı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.

Qohumlarının dediklərinə görə, həyat yoldaşı ilə İran İslam Respublikasına getmək istəyən A.Məmmədova ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib. Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında 15 dəqiqə gözlədikdən sonra A.Məmmədovadan bir xəbər olmadığı üçün su anbarına gəlib. Suyun üzərində arvadının paltarını görən Bəşir Əzizov onun batdığını anlayıb və suya girərək cansız bədənini çıxarıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü A.Məmmədova 6 övlad anası idi. Bu, Lovayın su anbarında son iki il ərzində 6-cı boğulma hadisəsidir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru