Salam, xoş gəlmisiniz.

70 yaşlı azərbaycanlı amansızlıqla qətlə yetirildi - GÜRCÜSTANDA

2018-11-23 14:09:56

70 yaşlı azərbaycanlı amansızlıqla qətlə yetirildi - GÜRCÜSTANDA

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.

İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarı çılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.

Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.

Ahıl yaşlı kişi tək yaşayırmış. Onun qətlə yetirilməsinin səbəbi hələlik məlum deyil.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru