Salam, xoş gəlmisiniz.

7 məntəqənin nəticələri LƏĞV EDİLDİ

2020-02-17 20:42:00

7 məntəqənin nəticələri LƏĞV EDİLDİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər:

"Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.

İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib".

Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 38 saylı seçi məntəqəsi.

34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir. \\OXU24

 

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93