8 nəfər ədliyyə orqanlarından XARİC EDİLİB

18 May, 2020, 20:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb.

Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun tapşığına uyğun olaraq, mayın 18-də aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfransda bildirilib.

 

Qeyd edilib ki, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edilib:

“O cümlədən, 8 nəfər ədliyyə orqanlarından xaric və ya vəzifəsindən azad edilib, 3 nəfər barəsində toplanan materiallar prokurorluğa göndərilib”.

Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaiyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.

Həmçinin, məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib. \\Modern


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93