Salam, xoş gəlmisiniz.

82 yaşlı Fəttah Heydərovun da namizədliyi qeydə alındı

2020-01-13 17:27:00

82 yaşlı Fəttah Heydərovun da namizədliyi qeydə alındı

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.

Hurriyyet.org "AzPolitika"ya istinadən xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub.

Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana – 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru