Salam, xoş gəlmisiniz.

83 yaşlı qadın 2 qızıl medal qazandı - Dünya çempionatında

2020-02-10 13:09:00

83 yaşlı qadın 2 qızıl medal qazandı - Dünya çempionatında

Rusiyadan olan 83 yaşlı Nina Maksimova qış üzgüçülüyü üzrə dünya çempionatının qızıl mükafatçısı olub.

Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, 3-9 fevral tarixlərində Sloveniyanın Bled gölündə keçirilən turnirdə 25 və 50 metr məsafələrdə birinci olaraq iki qızıl medal qazanıb.

Çempionatda 36 ölkədən 1042 idmançı iştirak edib. Turnirin keçirildiyi göldə suyun temperaturu müsbət 1 dərəcə olub.

Bildirilir ki, N.Maksimova ümumən üzgüçülüklə 77 il, qış üzgüçülüyü ilə isə 30 ildir məşğul olur. O, üzgüçülük üzrə yarışlarda bir çox mükafat alıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93