2 rayonda qaz olmayacaq

9 Oktyabr, 2019, 8:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakının Sabunçu və Abşeron rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən Hurriyyet.orga verilən məlumata görə, oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N. İsmayılov prospekti, Z. Bünyadov, Anaşkin, Ş. Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93