Salam, xoş gəlmisiniz.

Bakı Meriyası Qarabağ mitinqinə İCAZƏ VERMƏDİ

2019-05-16 15:07:12

Bakı Meriyası Qarabağ mitinqinə İCAZƏ VERMƏDİ

Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də Qarabağ mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib.

QAT-dan Hurriyyet.org-a bildirilib ki, cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır. Ona görə də mitinqlərlə bağlı müraciətlərimizi davam etdirəcəyik”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93