Salam, xoş gəlmisiniz.

“ABŞ-a yardım etməyə hazırıq” - İRANDAN GÖZLƏNİLMƏZ AÇIQLAMA

2020-03-26 17:53:00

“ABŞ-a yardım etməyə hazırıq” - İRANDAN GÖZLƏNİLMƏZ AÇIQLAMA

Hurriyyet.org xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami koronavirusla mübarizə üçün ABŞ-a müraciət edərək yardıma hazır olduqlarını bildirib.

İranın İRNA rəsmi informasiya agentliyinin məlumatına görə, paytaxt Tehran şəhərində jurnalistlərə açıqlama verən İnqilab Keşikçiləri baş komandanı general Hüseyn Salami ABŞ-ın koronavirus epidemiyası ilə mübarizə üçün İrana yardım təklifinə cavab verib.

Salami koronavirus epidemiyası ilə mübarizə üçün ABŞ-ın yardımına ehtiyac duymadıqlarını, lakin Vaşinqtonun tələb edəcəyi təqdirdə, onlara yardım eləməyə hazır olduqlarını söyləyib.  

Salami təklifin aldadıcı olduğunu söyləyərək deyib: “ABŞ prezidenti (D.Tramp) İran ölkəsini terrorçu adlandırıb. Ölkəmizi təzyiq altında saxlayaraq, beynəlxalq sanksiyalar tətbiq edilib”.

Salami ABŞ-dakı epidemiyanın miqyasına işarə vuraraq deyib: “Öz adımdan ABŞ xalqının ehtiyac duyacağı təqdirdə yardıma hazır olduğumuzu, lakin onların yardımına ehtiyacımız olmadığını söyləyirəm”.

ABŞ xarici işlər naziri Mayk Pompoe 28 fevral tarixində epidemiya ilə mübarizə aparan İrana yardım təklif eləmişdi.

İran prezidenti Həsən Ruhani də Nazirlər Kabinetinin 4 mart tarixində keçirilən iclasında demişdi: “Onlar (ABŞ) mərhəmət maskası taxaraq, “İran xalqına yardım edək” deyirlər. Əgər səmimisinizsə, ən azından dərman sanksiyalarını ləğv edin”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93