ABŞ-ın bombardmançı təyyarələri İranda havaya qalxdı – Körfəzdə MÜHARİBƏ başlayır?

3 İyun, 2019, 8:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

ABŞ-ın İrana qarşı Yaxın Şərqə göndərdiyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə nüvə potensiallı 4 ədəd B-52 bombardmançı təyyarələri Bəsrə körfəzində təlimlər keçirib.

Hurrriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” informasiya yayıb.

Məlumata görə, hava hücumu simulyasiyalı təlimlərdə “F/A-18 Super Hornet” tipli döyüş təyyarələri, “MH-60 Sea Hawk” helikopterləri və uçuş nəzarət aparatları iştirak edib.

Qeyd edək ki, ABŞ donanmasının sözügedən qüvvələri mayın əvvəllərində körfəzə göndərilib. Bunun ardınca isə “Petriot” hava hücumundan müdafiə sistemləri və “USS Arlington” hərbi nəqliyyat gəmisi də bölgəyə yollanıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu addımın İranın ABŞ qüvvələrinə və maraqlarına qarşı hər hansı hücumun qarşısını almaq məqsədilə atıldığını açıqlayıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93