Salam, xoş gəlmisiniz.

ABŞ-ın Süleymanidən savayı, bir SEPAH hədəfi də varmış! - “Şahlaiyə sui-qəsd planı boşa çıxdı”

2020-01-11 14:01:00

ABŞ-ın Süleymanidən savayı, bir SEPAH hədəfi də varmış! - “Şahlaiyə sui-qəsd planı boşa çıxdı”

Hurriyyet.org xəbər verir ki, Pentaqon Qüds Qüvvələrinin başçısı, general Qasım Süleymani ilə bir gündə İran İslam Keşikçiləri Korpusunun yüksək vəzifəli daha bir komandanını, Yəməndə iranpərəst qiyamçılara rəhbərlik edən Əbdül Rza Şahlaini də öldürmək istəyib. Lakin, Bağdadda Süleymaninin öldürülməsi ilə eyni zamanda aparılan bu əməliyyat boşa çıxıb. Bu barədə xəbərləri “Vaşinqton Post” qəzeti və CNN kanalı yayıb. ABŞ rəhbərliyi ilə əlaqədar olan mənbədən gətirilən sitatda deyilir: “Onu öldürsəydik, elə həmin gecə fəxrlə bu xəbəri yayardıq”.

Şahlainin də “Əl Qüds” xüsusi qüvvələrində yüksək vəzifə tutduğu qeyd edilir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru