“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edirik” – ABŞ rəsmisi

12 İyun, 2019, 12:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Atlantic Council”də çıxışında deyib.

O bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir: “Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şofer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93