Salam, xoş gəlmisiniz.

ABŞ ən böyük iki düşməninin adını açıqladı: Siyahıda İran yoxdur

2020-01-13 20:27:00

ABŞ ən böyük iki düşməninin adını açıqladı: Siyahıda İran yoxdur

ABŞ üçün əsas təhlükə Çin və Rusiyadır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn “Axios” portalına müsahibəsində bəyan edib. 

“Milli müdafiə strategiyasına uyğun olaraq Amerikaya qarşı ən böyük iki təhlükə özünə bərabər rəqiblər - Çin və Rusiyadan gəlir”, - deyə Obrayn bildirib.

Obrayn öz nəticəsini Çinin siyasi sistemi, əhalisi, qlobal ambisiyaları, həmçinin dünya ticarəti və iqtisadiyyatına hakim olmaq hədəfi ilə əsaslandırıb. Onun sözlərinə görə, Çin çox ciddi qəbul edilməlidir. 

“Çin də daxil olmaqla, heç kimin hərbi baxımdan bizə etiraza cəsarət etməməsi üçün kifayət qədər güclü olmalıyıq”, - deyə müşavir vurğulayıb.\\Oxu24.com

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru