ABŞ əsgərləri döyüşmək istəmir – ŞOK ARAŞDIRMA

11 İyul, 2019, 9:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Amerika əsgərlərinin böyük əksəriyyəti ABŞ-ın İraq və Əfqanıstandakı hərbi fəaliyyətini lazımsız hesab edir.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, “Pew” Araşdırma Mərkəzi apardığı gündəlik araşdırma nəticəsində bu qənaətə gəlib.

Araşdırmaya əsasən, sabiq amerikalı əsgərlərin 64 %-i maliyyə baxımından ABŞ-ın girdiyi müharibələrin lazımsız olduğunu bildirir. 33 %-i isə müharibələrin lazımlı olduğunu düşünür.

İctimaiyyətin də rəyinə yer verilən anket sorğusunda bənzər nəticə əldə olunub. Xalqın 62 %-i İraq, 59 %-i isə Əfqanıstan müharibəsinin lazımsız olduğunu düşünür.

Hər iki müharibəyə qatılan əsgərlər qatılmayanlara nisbətən daha qətiyyətli şəkildə müharibəyə qarşı çıxıb. Respublikaçılar Partiyasını dəstəkləyən əsgərlər Demokratlara nisbətən daha çox müharibə tərəfdarıdır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93