Salam, xoş gəlmisiniz.

ABŞ ordusunun İraq biabırçılıqları: cinsi təcavüz, spirtli içki...

2019-07-26 10:08:06

ABŞ ordusunun İraq biabırçılıqları: cinsi təcavüz, spirtli içki...

İraqda döyüşən Amerika donanmasının xüsusi təyinatlı birlikləri biabırçılıq törədib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, birliyin əsgərləri cinsi təcavüzlə məşğul olub, vəzifə başında ikən spirtli içki qəbul edib.

Amerika Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı (SOCOM) məsələ ilə bağlı yazılı açıqlama verib. Bildirilib ki, Xüsusi Təyinatlı Birliklərin komandanı, general-polkovnik Erik Hill əmrində olan bəzi əsgərləri Kaliforniyanın San Dieqo şəhərindəki mərkəzə məhz bu səbəbdən geri göndərib.

Rütbələri və neçə nəfər olduqları açıqlanmayan əsgərlərə cəzanın verilib-verilməyəcəyi ilə bağlı məlumat verilməyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru