Salam, xoş gəlmisiniz.

“ABŞ Türkiyəyə qarşı döyüşən terrorçulara 50 min TIR silah-sursat göndərdi” - ƏRDOĞAN

2019-09-10 18:34:07

“ABŞ Türkiyəyə qarşı döyüşən terrorçulara 50 min TIR silah-sursat göndərdi” - ƏRDOĞAN

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın ticarət naziri Vilbur Rossun başçılıq elədiyi heyəti qəbul edib.

Türkiyə prezidenti NATO müttəfiqinin YPG/PKK terrorçularına yardım eləməsini qınayıb.

Ərdoğan deyib: “Amerikadan terrorla mübarizəmizə və qaçqınların dinc şəkildə evilərinə qayıda biləcəkləri təhlükəsizlik bölgə yaratmaq səyimizə dəstək olmalarını gözləyirik. Hazırda ABŞ-ın terrorçu qruplaşmalara 50 min ədədə yaxın TIR ilə silah-sursat, yardım göstərməsi bizi ciddi şəkildə narahat eləməkdədir. Bu qədər silah-sursatdan kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Bunu qəbul eləməyimiz strateji olaraq mümkün deyil”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru