Salam, xoş gəlmisiniz.

“ABB-nin bu dərəcədə sayğısız, “qurd ürəyi” yeyə biləcəyini düşünmürəm” - OSMAN GÜNDÜZ

2020-02-08 15:51:00

“ABB-nin bu dərəcədə sayğısız, “qurd ürəyi” yeyə biləcəyini düşünmürəm” - OSMAN GÜNDÜZ

“Bir müddət öncə prezident ölkədə rəqabətin inkişafı, satınalmalar sahəsində olan ciddi problemlər haqqında çox sərt danışmışdı. Bundan sonra, iqtisadiyyat nazirinə də bununla bağlı ciddi tapşırıqlar verilmişdi. Çox güman ki, bundan sonra, aparılan islahatlara bağlı bu sahə üzrə nazirliyin tabeçiliyində fəaliyyət göstərən Antiinhisar Dövlət Xidməti fəaliyyətini gücləndirib”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O. Gündüz qeyd edib ki, artıq satınalmaların ciddi kontrola götürüldüyü bildirilir: “Başa çatdığı, hətta müqavilə bağlandığı bildirilən tenderlərin ləğvi haqqında qərarlar qəbul edilir”.

 “Əldə etdiyimiz məlumata görə, Antiinhisar Dövlət Xidməti “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən serverlərin virtuallaşdırılması ilə bağlı elan etdiyi tenderin nəticələrini, bir sıra İT şirkətlərin müraciətindən sonra ləğv edib. Bununla bağlı rəsmi xəbərdarlıqlar edilib. Amma qəribədir ki, ABB artıq tenderin başa çatdığını və bir neçə milyon manat məbləğində müqavilənin də "Ultra Technologies" şirkəti ilə bağlandığını elan edib. Düzü, bilmirəm belə praktika bizdə olubmu?”,-deyə O. Gündüz sual edir.

“Ümid edirəm adı çəkilən qurumlar bu məsələyə aydınlıq gətirəcəklər”

O. Gündüz xatırlamır ki, aidiyyatı dövlət qurumunun ləğv etdiyi hansısa bir tender üzrə müqavilələr bağlansın: “Yenicə canlanmağa başlayan, itirilmiş reytinqini əzab-əziyyətlə bərpa etməyə çalışan ABB-nin bu dərəcədə sayğısız, “qurd ürəyi” yeyə biləcəyini də düşünmürəm. Ümid edirəm adı çəkilən qurumlar bu məsələyə aydınlıq gətirəcəklər”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93