“Abdulla Gül və Əhməd Davudoğludan incimişəm” – ƏRDOĞAN

10 İyul, 2019, 8:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: “O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də “Yolunuz açıq olsun”, – dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.

Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.

Türkiyə prezidenti “Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına “Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, – şəklində cavab verib.

Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93