Salam, xoş gəlmisiniz.

Abid Şərifovdan jurnalistin maşının üzərinə çıxmasına REAKSİYA: "Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol..."

2019-07-22 18:15:26

Abid Şərifovdan jurnalistin maşının üzərinə çıxmasına REAKSİYA: "Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol..."

Sosial şəbəkələrdə jurnalistin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntülər yayılıb.

Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Abid Şərifov jurnalistin bu addımının onu şoka saldığını bildirib:

“Mən həyatımda birinci dəfə belə bir adam gördüm ki, biri qapını açır, o biri “kapot”un üzərinə çıxır. Mən həyatımda belə bir şey görməmişdim, sözüm yoxdur. Mən onları tanımıram, tanımaq da istəmirəm. Hər şey görmüşdüm, amma belə şey görməmişdim. Sonrasını Allah saxlasın. Jurnalist yox, lap istəyirsən Allahın bacısı oğlu ol, adamın bir tərbiyəsi olmalıdır. Mən maşında oturmuşam, o maşının üzərinə atlanır. Deyirsən maşının üstüdən düş, düşmürdü.”


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru