ABŞ Azərbaycana vəsait ayırdı – COVID-19 ilə mübarizə üçün

20 May, 2020, 10:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.

Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırdığı bildirilmişdi.

Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən, 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93