“ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünyaya ziyan vuracaq” – Baş nazirdən xəbərdarlıq

28 May, 2020, 18:44
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“ABŞ-Çin münasibətlərinin pisləşməsi bütün dünyaya ziyan vuracaq”.

TASS xəbər verir ki, bunu Çinin Dövlət Şurasının sədri Li Kesyan bildirib.

O deyib ki, iki ölkə arasında son zamanlar münasibətlər yeni problem və çətinliklər yaradır.

Baş nazir qeyd edib ki, əməkdaşlıqdan həm Pekin, həm də Vaşinqton udur, münaqişədən isə hər iki tərəf itirir: “Ona görə də mövcud anlaşılmazlığın tənzimlənməsi vacibdir. Bir çox sahələrdə ABŞ və Çinin birgə səyinə ehtiyac var. İlk növbədə bu müxtəlif problemlərə qarşı birgə təsir etmək imkanlarıdır. Ölkələrimizin iqtisadiyyatı bir-biri ilə çox əlaqəlidir. Bununla belə sosial, mədəni və tarixi sistemdə fikir ayrılığı qaçılmazdır. Çin-ABŞ münasibətlərinin qaydasına düşməsi hər iki ölkə xalqlarının və dünyanın bütün sakinlərinin maraqlarına cavab verir”./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93