ABŞ-da ilk dəfə it koronavirusa yoluxdu

0

ABŞ-da ilk dəfə olaraq itin koronavirusa yoluxması faktı aşkarlanıb.
Bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidməti laboratoriyası məlumat yayıb.

Məlumata görə, itdə tənəffüs xəstəliyinin əlamətləri özünü göstərdiyi üçün baytarlıq klinikasına aparılıb.

Müsbət test nəticəsi alındıqdan sonra laboratoriyaya əlavə nümunələr təqdim edilib, orada da yoluxma halı təsdiqlənib.

Qeyd edilib ki, heyvanın sahiblərindən biri COVID-19-a yoluxub. Evdə yaşayan, xəstəlik simptomu olmayan digər itin də testi müsbət nəticə verib. Açıqlamada itin tam sağalacağının gözlənildiyi vurğulanıb.

ABŞ-da daha əvvəl koronavirus bir pələng, şir və iki pişikdə aşkar edilib./azvision.az/