ABŞ-da prezidentliyə keçmiş namizəd COVİD-19-dan ÖLDÜ

0

ABŞ-da prezidentliyə keçmiş namizəd Herman Keyn koronavirusdan vəfat edib.

Bu barədə siyasətçinin saytındakı açıqlamada bildirilir.

“Herman Keyn – bizim boss, dost, bir çoxumuza, demək olar, ata olmuş insan dünyasını dəyişdi”, – Keynin nümayəndəsi Den Kalabriz saytda yazıb.

Keyn iyulun 1-də hospitalizə edilmişdi. Kalabriz siyasətçinin koronavirusa yoluxduğunu təsdiqləyib.

Qeyd edək ki, Keynin 74 yaşı var idi. O, Federal ehtiyat sisteminin bölmələrində rəhbər və “fast food” şirkətlərinin top-meneceri vəzifələrində çalışıb. 2011 – ci ildə o, respublikaçılardan prezidentliyə namizədliyini irəli sürüb və bir müddət sorğularda liderlik edib, lakin daha sonra cinsi təcavüzdə ittiham edilib və prezidentlik uğrunda mübarizədən çəkilib. \\Virtualaz