ABŞ generalı Qarabağ döyüşlərindən sonra: “Biz də ordumuzu modernləşdirməliyik”

31

Hurriyyet.org xəbər verir ki, ABŞ ordusunun generalı Ceyms Makkonvill “Army Times” nəşrinə müsahibəsində deyib: “Dağlıq Qarabağdakı döyüş əməliyyatlarında Pilotsuz Uçuş Aparatlarından fəal istifadə Amerika Silahlı Qüvvələrində modernləşdirmə işlərinin aparılmasının, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinin mühümlüyünü göstərir”.

Yazıda qeyd olunur ki, Dağlıq Qarabağda hərbi əməliyyatların aparılması metodlarını çoxlarını belə bir sual qarşısında düşünməyə məcbur elədi: müasir müharibələr üçün tanklar həddindən artıq zəif, ləng və bahalı vasitələr deyilmi? Amerikalı generalın fikrincə, ABŞ quru qoşunlarındakılar bu fikirdə deyillər. Lakin Makkonvill hesab edir ki, Qarabağda gedən döyüşlər dronları məhv eləmək üçün hava hücumundan müdafiə sistemləri hazırlamağın prioritet olacağını nümayiş etdirir.

General “Stryker” hərbi maşınlarına “Stinger” yaxın radiuslu raket sistemlərinin yerləşdirilməsini hava və raket hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi yollarından biri kimi gördüyünü bildirib. Makkonvill qeyd edib ki, ABŞ-da dronlardan müdafiə texnologiyaları üzərində iş gedir, lakin BMP tankları yenə də hərbi əməliyyatlar teatrında əvəzedilməz rolunu qorumaqdadır.