ABŞ hökuməti vətəndaşların üstünə ordu yeridəcək? – Pentaqondan açıqlama

3 İyun, 2020, 16:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Vaşinqton rayonuna 1600 hərbçi göndərildi

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), paytaxt Vaşinqton şəhərinin yerləşdiyi Kolumbiya rayonuna 1600 nəfər hərbçinin göndərildiyini, lakin hərbçilərin yüksək hərbi hazırlıq vəziyyətində olmalarına baxmayaraq, mülki hakimiyyətin  müdafiəsində iştirak etmədiklərini bildirib. Pentaqonun mətbuat katibi Conatan Hoffmanın sözlərinə görə, hərbçilər paytaxtda yox, Vaşinqton yaxınlığındakı hərbi bazada yerləşdiriblər.

ABŞ-ın Minneapolis əyalətində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan etiraz nümayişləri, talan və yanğınlarla, polislə toqquşma ilə müşayiət edilən iğtişaşlara çevriləndən sonra ABŞ prezidenti D.Tramp qayda pozucularını hərbi qüvvə tətbiq edəcəyi ilə təhdid etmişdi.

ABŞ Milli Qvardiyasının rəhbərliyi Vaşinqton şəhərinin yerləşdiyi rayonda 1300 nəfər qvardiyaçının xidmət elədiyini və dünən əlavə olaraq 1800 nəfər milli qvardiyaçının ora göndərildiyini bəyan etmişdi.

Dünən axşamdan etibarən ümumilikdə 100 min nəfər milli qvardiyaçı səfərbər edilərək ştat rəhbərlərinin ixtiyarına verilib.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93