ABŞ ilə Rusiyanın niyyəti bəlli oldu. Terror təşkilatını Cenevrədə masa arxasında oturtmağa çalışırlar

13

Hurriyyet.org xəbər verir ki, Suriyanın Konstitusiya Komitəsinin Cenevrə iclaslarındakı təfərrüatları meydana çıxıb. Suriya Müxalifət və İnqilabçı Qüvvələr Koalisiyasının Türkiyə təmsilçisi doktor Nezir Həkim PKK terror təşkilatının da Cenevrədə müzakirə masasına gətirilməsini istəyənlərin olduğunu bildirib. Həkim Suriyanın gələcəyinin müəyyənləşdiriləcəyi Cenevrə danışıqlarının hələlik nəticə vermədiyini bildirib.

“Yeni Şafak” qəzetində verilən xəbərə görə, Suriya hökumətinin mövqeyinin dəyişdiyini bildirən Həkim deyib: “Rusiya Suriya hökumətinə danışıqlarda daha ciddi olması barəsində xəbərdarlıq edib. Lakin indiyə qədər müsbət addım görmədik. Bu məsələdə başlanğıc vəziyyətində olduğumuzu söyləyə bilərik. Danışıqların gündəminin Konstitusiya olmasına rəğmən, ümumiyyətlə Konstitusiyadan söhbət getmir”.

Misir, Rusiya və Əsəd hökumətləri ilə PKK/YPG terror təşkilatının siyasi qolu olan Suriya Demokratik Qüvvələri arasında bir razılaşma olduğunu sezdiklərini bildirən Həkim sözlərinə belə davam edib: “Xüsusilə Qahirədəki nümayəndələr ilə SDQ arasındakı münasibətləri yaxından təqib edirik. Eyni şəkildə Moskva heyəti ilə PKK/YPG terror təşkiltının siyasi qolu olan SDQ arasında yaxın bir əlaqə olduğu açıq şəkildə ortadadır. Misir, Rusiya və rejim əllərindən gəldiyi qədər SDQ-ni qoruyur. Bunu çox yaxşı bilməlidirlər ki, terror təşkilatları bizim qırmızı cizgimizdir. Terror təşkilatının o masada yer almasına əsla icazə vermərik”.

Həkim terror təşkilatının siyasi şaxəsi olan SDQ-yə muxtariyyət və federasiya vədləri verildiyini bildirən Həkim deyib: “Bu vədlər kiçik ölkələrdən gəlir. Bu kiçik ölkələri tətikləyən ABŞ ilə Rusiyadır. Bizim üçün Suriya torpaqları ilə xalqının bütövlüyü böyük əhəmiyyətə malikdir. Muxtariyyət və federasiya məsələləri əsla qəbuledilməzdir. Prosesi Türkiyə ilə əməkdaşlıq çərçivəsində aparırıq”.